We use cookies in this website to serve you better.

We use cookies to personalize content and ads, provide social media features, and analyze traffic. We may also share information about your usage of our site with our social media, advertising, and analytics business partners. Our business partners may match this information with other information that you provide to them or that they collect while using their services.

What is the cookie?

Cookies are small text files that web-sites use to make their experience more efficient. According to the GDPR, we can place the cookie absolutely necessary for the operation of this site.If you have an account and do not want to these cookies you should delete account after login. For other types of cookies we need to get permission from you. This site uses different types of cookies. Some cookies are placed by third party services on our pages like google analytics. You should change your cookie settings in their privacy pages because of we can not interfere to those cookies. Your permit is valid for the following areas: web.tv

150)Famil Mehdi-Qarabağdan əlini çək-Vidadi Receb in ifasında

115 views
Category Documentary
Date Added
LanguageAzerice [Azerbaijani]
Description
Famil Mehdi

Mehdiyev Famil Ağalar oğlu (Famil Mehdi) (1934-2003) — Azərbaycan şairi, tənqidçi, publisist, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1974), professor (1977).
Famil Mehdi 1934-cü il dekabrın 25-də Ağdam rayonunun Sarıhacılı kəndində anadan olmuşdur. Əhmədvar kənd yeddiillik məktəbini bitirib Ağdam pedaqoji məktəbində təhsil almışdır. Sonra ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsilini davam etdirmişdir (1953-1958). Əmək fəaliyyətinə "Bakı" axşam qəzetində ədəbi işçi kimi başlamışdır (1958). ADU-nun filologiya fakültəsində aspirant (1961-1964), müəllim, baş müəllim olmuş, jurnalistika fakültəsində jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri vəzifəsində işləmişdir (1973-cü ildən). "Azərbaycan bədii publisistikasının sənətkarlıq problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Bədii yaradıcılığa 1951-ci ildə "Lenin yolu" adlı Ağdam rayon qəzetində çıxan ilk şeri ilə başlamışdır. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış etmişdir. Əsərləri keçmiş SSRİ xalqlarının və bəzi xarici ölkə xalqlarının dillərinə tərcümə edilmişdir. Fəal pedaqoji, elmi və ictimai işlə məşğul olmuşdur. "Jurnalistika məsələləri" adlı ali məktəb tələbələri üçün dərsliyin müəlliflərindən biridir. "Alovlu publisist Səməd Vurğun", "Azərbaycan bədii publisistikasının sənətkarlıq problemləri", "Mətbuatda publisistika", "Bədii publisistika" kimi monoqrafik kitablar və dərs vəsaitləri onun qələminin məhsuludur. Bakı şəhər Oktyabr rayonu Xalq Deputatları Sovetinin (XVII, XVIII, XIX çağırış) deputatı olmuşdur. "Oqonyok" jurnalının laureatı adına layiq görülmüşdür. SSRİ "Bilik" cəmiyyətinin ən yaxşı elmi-kütləvi əsərlərə görə diplomunu almışdır.

2003-cü il sentyabrın 29-da Bakıda vəfat etmişdir.
-----------------------
Əsərləri :

1) Sevəndən bəri. Bakı: Uşaqgəncnəşr, 1961, 29 səh.
2) Sadə sətirlər. Bakı: Azərnəşr, 1963, 29 səh.
3) Mənim ulduzlarım. Bakı: Azərnəşr, 1964, 95 səh.
4) Ünvanım dəyişir. Bakı: Azərnəşr, 1966, 78 səh.
5) Ömürdən səhifələr, Bakı: Gənclik, 1970, 76 səh.
6) Qarabağ şikəstəsi. Bakı: Azərnəşr, 1970, 93 səh.
7) İllər və talelər. Bakı: Azərnəşr, 1974, 141 səh.
8) İnsan unudulmur. Bakı: Gənclik, 1976, 195 səh.
9) Səni gözləyirəm. Bakı: Azərnəşr, 1978, 174 səh.
10) Anam elə bilir. Bakı: Yazıçı, 1979, 200 səh.
11) Təbriz xalısı. Bakı: Yazıçı, 1981, 187 səh.
12) Ömür keçir, gün keçir. Bakı: Yazıçı, 1983, 246 səh.
13) Borc. Bakı: Gənclik, 1984, 273 səh.
14) Əyilmə, dünyam. Bakı: Yazıçı, 1985, 170 səh.
15) Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1989, 223 səh.
16) 50-dən sonra. Bakı: Yazıçı, 1993, 132 səh.
17) Qarabağ faciəsi (publisistika). Bakı: Gənclik, 1995, 320 səh.
Tags