We use cookies in this website to serve you better.

We use cookies to personalize content and ads, provide social media features, and analyze traffic. We may also share information about your usage of our site with our social media, advertising, and analytics business partners. Our business partners may match this information with other information that you provide to them or that they collect while using their services.

What is the cookie?

Cookies are small text files that web-sites use to make their experience more efficient. According to the GDPR, we can place the cookie absolutely necessary for the operation of this site.If you have an account and do not want to these cookies you should delete account after login. For other types of cookies we need to get permission from you. This site uses different types of cookies. Some cookies are placed by third party services on our pages like google analytics. You should change your cookie settings in their privacy pages because of we can not interfere to those cookies. Your permit is valid for the following areas: web.tv

149)İttiham şeiri-Mikayıl Mirzənin ifasında

63 views
Category Documentary
Date Added
LanguageAzerice [Azerbaijani]
Description
BÖYÜK GÜCLƏR : İTTİHAMLAR VƏ RİSKLƏRİN ARTMASI

Son zamanlar analitiklər Cənubi Qafqazda yeni geosiyasi reallıqların formalaşdığını tez-tez vurğulayırlar. Bunun iki mənbədən qaynaqlandığı qeyd edilir. Birincisi Yaxın Şərqdə müsəlman ölkələri daxilində məzhəb faktorunun oynadığı mənfi roldur. Məzhəbçilik böyük sürətlə öz təsirini Cənubi və Şimali Qafqazda göstərə bilir (bax: məs., Федор Лукьянов: "На Ближнем Востоке идет расползание границ, которые мировые державы чертили по своим лекалам" / "Вестник Кавказа", 5 dekabr 2014).

İkincisi ABŞ və Rusiya arasında geosiyasi nüfuz uğrunda mübarizənin yeni səviyyədə intensivləşməsidir. Bunu, demək olar ki, bütün postsovet sərhədi boyu hiss etmək olur. Vaşinqtonla Moskva son günlər qırıcı təyyarələr arasında gərginliklərin yaradılmasına qədər bir-birinə hədə gəlirlər. NATO-nun Avropadakı silahlı qüvvələrinin komandanı Filip Bridlav birbaşa vurğulayır ki, Kremlə ciddi təzyiqlər olmalıdır. Moskva da öz mövqeyini bildirməkdən çəkinməyib bəyan edir ki, NATO Rusiya sərhədlərinə yaxınlaşsa, ona uyğun əks-addımlar atılacaq. Məsələn, İsveç NATO-ya daxil olsa, Kreml dərhal xüsusi qaydada cavab tədbirləri görəcək (bax: Лавров сказал, как Россия может ответить на вступление Швеции в НАТО / "Новое Время", 29 aprel 2016).

NATO isə öz növbəsində Rusiyanın daha təhlükəli addımlar atdığını deyir. Məsələn, general F.Bridlav xəbərdaredici tonda deyir: "Rusiya sübut etdi ki, o, öyrənə və adaptasiya edə bilər... Ona görə də Rusiyanı diqqətlə izləmək lazımdır" (bax: Главком сил НАТО в Европе призвал США усилить слежку за Россией / "Rns.online", 2 may 2016).

Bu cür qarşılıqlı ittihamlar getdikcə güclənir və daha çox müxtəlif regionlarla bağlı meydana gəlir. Onların sırasında ekspertlər Cənubi Qafqazı da görürlər. Belə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə Rusiyanın intensiv olaraq münasibət bildirməsi, atəşkəsin baş tutması üçün fəal diplomatik addımlar atması buna misal kimi göstərilir. Qərb ekspertləri hesab edirlər ki, belə bir vəziyyət Rusiyanın Cənubi Qafqazın geosiyasi dinamikasına daha güclü təsir etmək arzusunu ifadə etməkdədir. Lakin buna qarşı ciddi bir proses də başlayıb.

ABŞ başda olmaqla Qərb Rusiyanın Qafqazda yeganə nüfuz sahibi olmadığını sübut etməyə çalışır. Bir sıra analitikin fikrinə görə, bu zaman onlar Cənubi Qafqazı Avropa siyasi məkanının bir parçası qismində görmək istəyirlər.

Milli.Az


Tags