We use cookies in this website to serve you better.

We use cookies to personalize content and ads, provide social media features, and analyze traffic. We may also share information about your usage of our site with our social media, advertising, and analytics business partners. Our business partners may match this information with other information that you provide to them or that they collect while using their services.

What is the cookie?

Cookies are small text files that web-sites use to make their experience more efficient. According to the GDPR, we can place the cookie absolutely necessary for the operation of this site.If you have an account and do not want to these cookies you should delete account after login. For other types of cookies we need to get permission from you. This site uses different types of cookies. Some cookies are placed by third party services on our pages like google analytics. You should change your cookie settings in their privacy pages because of we can not interfere to those cookies. Your permit is valid for the following areas: web.tv

147) Kapital Bankla arzularına qovuş

28 views
Category Commercials
Date Added
LanguageAzerice [Azerbaijani]
Description
Kapital Bank Azərbaycan Əmanət Bankının varisi kimi 140 ildən çox, uğurla fəaliyyət göstərir. Hazırda Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur. Universal bank olan Kapital Bank hazırda 2 milyondan çox fiziki və 22 mindən artıq hüquqi şəxslərə xidmət göstərir. Eyni zamanda, Kapital Bank dövlətin həyata keçirdiyi bir sıra sosial proqramlarda yaxından iştirak edir və real sektorun inkişafı üzrə bir sıra proqramları həyata keçirir.

Azərbaycanda ilk kassası 1874-cü ildə yaradılan Əmanət Bankının hüquqi varisidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2000-ci il tarixli 40 "s" nömrəli sərəncamı ilə üç dövlət səhmdar-kommersiya bankının - Aqrar-Sənaye, Sənaye-İnvestisiya və Əmanət Bankının sağlam aktiv və öhdəliklərinin birləşdirilməsi nəticəsində Birləşmiş Universal Səhmdar Bankı (BUSBank) yaradılmışdır. 29 dekabr 2004-cü il tarixində Bank səhmdarlarının növbədənkənar iclasında BUSBank adının dəyişdirilməsi və Banka "Kapital Bank" adının verilməsi qərara alınmışdır. Hazırda “Kapital Bank” ASC-nin səhmlərinin 99.84%-i "Paşa Holdinq"-ə aiddir. Bankın nizamnamə kapitalı 185 mln. AZN-dir. 90 filialı və 2 şöbəsi ilə Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur. 2 milyondan çox aktiv ödəniş kartlarının sayı ilə də Bank Azərbaycanda liderdir. Universal bank olan Kapital Bank həm fiziki, həm də korporativ müştərilərə xidmət göstərir. Bank tərəfindən 2 milyondan çox fiziki və 22 mindən çox korporativ müştəriyə xidmət göstərilir. Eyni zamanda, Kapital Bank dövlətin həyata keçirdiyi bir sıra sosial proqramlarda da yaxından iştirak edir. 2012-ci ildə Kapital Banka beynəlxalq reytinq agentlikləri Fitch Ratings və Moody’s tərəfindən reytinqlar verilmişdir. Fitch agentliyi Kapital Banka uzunmüddətli "B+" reytinqini vermiş, Bankın reytinq proqnozunu "stabil" kimi müəyyənləşdirmişdir. Qısamüddətli reytinq "B", dəstək reytinqi "4" səviyyəsində olmuşdur. Moody’s İnvestors Service isə Kapital Bankın xarici valyutada olan depozitlərinin uzunmüddətli reytinqini "Ba3", maliyyə dəstəyi reytinqini "E+" səviyyəsində təyin etmişdir. Bütün reytinqlərə "stabil" proqnozu verilmişdir. «Kapital Bank» ASC-nin Müşahidə Şurasının 10.06.2013-cü il tarixli qərarına əsasən Rövşən Şamil oğlu Allahverdiyev "Kapital Bank" ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir.
Tags