Daha iyi hizmet vermek için bu websitesinde çerezler kullanıyoruz.

İçeriği ve reklamları kişiselleştirmek, sosyal medya özellikleri sunmak ve trafiği analiz etmek için çerezler kullanıyoruz. Sitemizi kullanımınızla ilgili bilgileri ayrıca sosyal medya, reklamcılık ve analiz iş ortaklarımızla paylaşabiliriz. İş ortaklarımız, bu bilgileri kendilerine sağladığınız veya hizmetlerini kullanırken topladıkları diğer bilgilerle birleştirebilir.

Çerez nedir?

Çerezler, web-sitelerinin, kullanıcıların deneyimlerini daha verimli hale getirmek amacıyla kullandığı küçük metin dosyalarıdır. Yasalara göre, bu sitenin işletilmesi için kesinlikle gerekli olan çerezleri cihazınıza yerleştirebiliyoruz. Diğer çerez türleri için sizden izin almamız gerekiyor. Bu site farklı çerez türleri kullanmaktadır. Bazı çerezler, sayfalarımızda yer alan üçüncü şahıs hizmetleri tarafından yerleştirilir. İzniniz şu alanlar için geçerlidir: web.tv

103)Hind mahnısı-Goron ki na kalon ki - HAVAS guruhi

97 izlenme
Kategori Müzik
Eklenme Tarihi
DilAzerice
Açıklama
Dünyanın ən qədim ölkələrindən biri olan Hindistan ən qədim sivilizasiyaların önündə gedərək zəngin tarixi-mədəni irsə malikdir. Qədim sivilizasiya ərzində əldə etdiyi zəngin mədəni irs ərəb və iran xalqlarına, sonra isə Avropaya əhəmiyyətli şəkildə təsir göstərmişdir. Qədim hind alimlərinin dünya elmində çox böyük bəşəri əhəmiyyət kəsb edən kəşf və nailiyyətləri olmuşdur. "Sıfır" anlayışı və onluq say sisteminin müəllifi hesab olunan hind alimləri çox da böyük olmayan xətalarla Yerin Ay və Günəşlə olan məsafəsini, Yerin radiusunu və digər astronomik, elmi kəşflər etmişlər. Artıq hind sivilizasiyası dövründə (e.ə. III minillikdə) onlar şəhərlərin planlaşdırılması, monumental tikililərin qurulmasında uğurlar əldə etmiş, uzunluq ölçüsü və çəki sistemindən istifadə etmişlər.

Hindistanda ilk dövlətlərin təşəkkülü, formalaşması bir sıra imperiyaların – Mauri, Quptların hökmranlığı zamanı bəşəriyyət tarixində sivilizasiyanın inkişafı ilə müşahidə edilirdi. Məhz həmin dövrdə elm, incəsənət, din öz çiçəklənmə prosesini keçirmişdi. Bu ölkənin tərəqqisi dünya fatehlərinin — Makedoniyalı İskəndərdən tutmuş əfqan və türk xanlarının ciddi marağına səbəb olmuşdur. İslam hakimlərinin XI əsrdən başlayan Əfqanıstan və İrana olan hücumları bir əsrdən sonra hind racələrinin (ölkənin şimalında) məğlubiyyəti ilə nəticələndi ki, sonralar bu, cənubdan başqa, demək olar ki, bütün ölkənin müsəlmanların əsarətinə keçməsi ilə nəticələndi. Sözsüz ki, bu əsarət və müstəmləkəçilik hind mədəniyyət və incəsənətinə də öz güclü təsirini göstərdi. Qədim Hindistan mədəniyyəti (e.ə. IV minilliyin ortaları- b.e.-nın VI əsri) dünyanın ən unikal və nəhəng sənət məbədlərindən biri hesab edilir. Hindistanda dünyanın bütün dinləri – induizm, islam, xristianlıq, buddizm, zərdüştlük mövcud olmuşdur. Lakin Qədim Hindistanın "öz" dinləri də mövcud olmuşdu ki, bunlara çaynizm və sikhizm aiddir. Bunlar hind mədəniyyətinin rəngarəngliyinə ciddi təsir göstərmişdi. Hazırda Hindistanda əhalinin 80%-i induizmə etiqad edir ki, bu da ölkənin ən qədim dinlərindən biri hesab olunur. O ilk dəfə vedlərin dini kimi (vedizm) təzahür tapmışdır. Bu din, ilk müstəqil fəlsəfi sistem kimi e.ə. I minillikdə təşəkkül tapmışdı. Onun gələcəkdə dini istiqamətlərin müəyyənləşməsində böyük rolu oldu. Vedizm üçün politeizm (çoxallahlılıq) xarakterik idi. Onun əsas allahları günəş allahı Surya, səhər şəfəqi Uşas, dünyanın sahmançısı Varuna, od allahı Aqni, ildırım allahı İndra, külək allahı Vayu, qasırğa allahı Rudra və s. idi. Vedanın son dövrünə üç əsas allah – Brahma, Vişna, İşva aiddir. Sonralar bunlar trimurti vahid triadasına çevrildi. Bu dinin əsas etiqadlarından birinə qurbanvermə ayini aid edilir. Bu isə, sonralar kahinlərin (brahman) yaranmasına səbəb oldu. Kahinlər qurbankəsmə ritualını həyata keçirənlərdir. Beləliklə, induizmin dini əqidəsi vedizm və brahmanizm ehramlarının təkamülü nəticəsində inkişaf etmişdi. İnduizm özündə veda inanclarına geniş yer verərək müqəddəs heyvan, təbiət, əcdadların ruhuna sitayişə başlıca yer verirdi. İnduizm ruhun əbədiliyi və ölməzliyinə inanır. Ilkin dini təsəvvürlər Hindistanda sonralar yaranmış digər dini cərəyanların ehkamlarına da öz təsirini göstərmişdir.
Etiketler