We use cookies in this website to serve you better.

We use cookies to personalize content and ads, provide social media features, and analyze traffic. We may also share information about your usage of our site with our social media, advertising, and analytics business partners. Our business partners may match this information with other information that you provide to them or that they collect while using their services.

What is the cookie?

Cookies are small text files that web-sites use to make their experience more efficient. According to the GDPR, we can place the cookie absolutely necessary for the operation of this site.If you have an account and do not want to these cookies you should delete account after login. For other types of cookies we need to get permission from you. This site uses different types of cookies. Some cookies are placed by third party services on our pages like google analytics. You should change your cookie settings in their privacy pages because of we can not interfere to those cookies. Your permit is valid for the following areas: web.tv

152)Bəxtiyar Vahabzadə-Hara gedir sabahımız-özü ifa edir

154 views
Category Documentary
Date Added
LanguageAzerice [Azerbaijani]
Description
Bəxtiyar Vahabzadə

Vahabzadə Bəxtiyar Mahmud oğlu (16 avqust,1925 – 13 fevral, 2009) — görkəmli azərbaycanlı şair, dramaturq, ədəbiyyatşünas, 1945-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın xalq şairi (1984), filologiya elmləri doktoru (1964), professor, Azərbaycan MEA-nın həqiqi üzvü (2000), Azərbaycanın Əməkdar incəsənət xadimi (1974), Azərbaycan Dövlət mükafatı laureatı (1976), SSRİ Dövlət mükafatı laureatı (1984), M.F.Axundov adına ədəbi mükafatın laureatı (1988), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990), millət vəkili (1995, 2000), “İstiqlal” ordeni ilə təltif olunmuşdur (1995).

Həyatı

Bəxtiyar Vahabzadə 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olmuşdur. Kiçik yaşlarında ikən ailəsi ilə Bakıya köçmüşlər (1934). Burada orta məktəbi qurtarandan sonra ADU-nun Filologiya fakültəsində təhsil almışdır (1942-1947). Universitetin aspiranturasında saxlanmış, "Səməd Vurğunun lirikası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1951). Bədii yaradıcılığa 1943-cü ildə "Ana və şəkil" adlı ilk şerini çap etdirdikdən sonra başlamışdır. O vaxtdan dövri mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunur. "Mənim dostlarım" adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapmışdır. Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilir. "İkinci səs", "Vicdan", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad" və "Hara gedir bu dünya", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı", "Rəqabət" (1960-2003) pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuşdur. Tənqidçi-ədəbiyyatşünas kimi də fəaliyyət göstərmişdir. "Səməd Vurğunun həyat və yaradıcılığı" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1964). Azərbaycan Dövlət Universitetində Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışmışdır (1950-1990). 1990-cı ildə təqaüdə çıxmışdır. Azərbaycan MEA-nın müxbir üzvü (1980), sonra həqiqi üzvü (2000) seçilmişdir. 1981-ci ildə SSRİ Yazıçılarının VII qurultayında SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü seçilmişdir. O, həmçinin Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinin və Ağsaqallar Şurasının üzvü idi (1991). Ədəbi-bədii prosesin yorulmaq bilməyən təbliğatçısı və təşkilatçısı kimi tanınırdı. Azərbaycan KP Bakı şəhər Komitəsinə üzv və bir neçə çağırış Bakı xalq deputatları Sovetinə və X çağırış Azərbaycan Ali Sovetinə, 1995 və 2000-ci illərdə Azərbaycan Milli Məclisinə deputat seçilmişdir. 1976-cı ildə "Leninlə söhbət" və "Muğam" poemalarına görə Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür. "Qırmızı Əmək Bayrağı" və "İstiqlal" (1995) ordenləri ilə təltif olunmuşdur.

Bəxtiyar Vahabzadə 60-cı illərdən başlayan milli azadlıq hərəkatının öncüllərindən biri idi. O, 1958-ci ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirmiş, rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulmuşdur.

Bu poemaya görə 1962-ci ildə şair "millətçi" damğası ilə Azərbaycan Dövlət Universitetindən çıxarılmış, yalnız 2 ildən sonra işə bərpa edilmişdir. (Zəruri qeyd: Professor Şirməmməd Hüseynov Bəxtiyar Vahabzadənin işdən çıxarılmadığını bildirir: "Bəxtiyarı işdən çıxara bilməzdilər, çünki bu, ciddi ajiotaja səbəb ola bilərdi. Məcburən onu doktorluq müdafiəsi üçün elmi məzuniyyətə göndərdilər). Sovet rejimində milli varlığı tapdanan, hər cür məhrumiyyətlərə məruz qalan millətin dərdlərini rəmzlər və müxtəlif ədəbi üsullarla ifadə etmiş, iri həcmli poemaları və pyeslərində hadisələri ya tarixə, ya da başqa ölkələrə keçirərək öz millətinin dərdlərini dilə gətirmişdir. Birbaşa Sovet diktaturasını ifşa edən əsərlərini isə şair, sovet ittifaqı dağılandan sonra "Sandıqdan səslər" başlığı altında nəşr etdirmişdir.

B.Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir. Şairin əsərləri – şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar, keçmiş Sovetlər Birliyi xalqlarının dillərinə tərcümə edilmişdir.

2009-cu il fevral ayının 13-də, 83 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat etmişdir[1].

Oğlu İsfəndiyar Vahabzadə Azərbaycan Respublikasının Belarusdakı səlahiyyətli və fövqəladə səfiri işləyir.

Mükafatları :
Flag of the Soviet Union.svg "SSR Dövlət mükafatı"
Flag of the Azerbaijan Soviet Socialist Republic.svg "Azərbaycan SSR Dövlət mükafatı"
Flag of the Azerbaijan Soviet Socialist Republic.svg "Azərbaycan SSR Əməkdar incəsənət xadimi"
Flag of the Azerbaijan Soviet Socialist Republic.svg "Azərbaycan SSR Xalq şairi"
Flag of the Soviet Union.svg "Qırmızı Əmək Bayrağı" ordeni
Flag of Azerbaijan.svg "İstiqlal" ordeni

Əsərləri :

Mənim dostlarım. Bakı: Azərnəşr, 1949, 65 səh.
2. Bahar. Bakı: Uşaqgəncnəşr, 1950, 49 səh.333666
3. Ədəbi heykəl. Bakı: Azərnəşr, 1951, 60 səh.
4. Dostluq nəğməsi. Bakı: Uşaqgəncnəşr, 1953, 63 səh.
5. Çinar. Bakı: Uşaqgəncnəşr, 1956, 62 səh.
6. Sadə adamlar (poema). Bakı: Azərnəşr, 1956, 124 səh.
7. Xalq şairi Səməd Vurğun. Bakı: ADU-nun nəşriyyatı, 1956, 129 səh.
8. Ceyran. Bakı: Uşaqgəncnəşr, 1957, 163 səh.
9. Aylı gecə. Bakı: Azərnəşr, 1958, 127 səh.
10.Şəbi hicran. Bakı: Uşaqgəncnəşr, 1959, 89 səh.
11.Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1961, 273 səh.
12.Etiraf; Şəbi hicran. Bakı: Uşaqgəncnəşr, 1962, 187 səh.
13.İnsan və zaman. Bakı: Azərnəşr, 1964, 228 səh.
14.Bir ürəkdə dörd fəsil. Bakı: Azərnəşr, 1966, 236 səh.
15.Seçilmiş əsərləri. Bakı: Gənclik, 1967, 411 səh.
16.Səməd Vurğun. Bakı: Azərnəşr, 1968, 346 səh.
17.Köklər-budaqlar. Bakı: Gənclik, 1968, 134 səh.
18.Dəniz-sahil. Bakı: Gənclik, 1969, 142 səh.
19.Dörd yüz on altı. Bakı: Gənclik, 1970, 133 səh.
20.Bir baharın qaranquşu. Bakı: Gənclik, 1971, 168 səh.
21.Dan yeri. Bakı: Gənclik, 1973, 260 səh.
22.Seçilmiş əsərləri (2 cilddə). I c. Bakı: Azərnəşr, 1974, 283 səh.
23.Seçilmiş əsərləri (2 cilddə). II c. Bakı: Azərnəşr, 1975, 250 səh.
24.Sənətkar və zaman. Bakı: Gənclik, 1976, 298 səh.
25.Açıq söhbət. Bakı: Gənclik, 1977, 173 səh.
26.Sadəlikdə böyüklük. Bakı: Yazıçı, 1978, 335 səh.
27.Açılan səhərlərə salam. Bakı: Yazıçı, 1979, 230 səh.
28.Pyeslər. Bakı: Gənclik, 1980, 355 səh.
29.Payız düşüncələri. Bakı: Yazıçı, 1981, 365 səh.
30.Muğam. Bakı: Yazıçı, 1982, 132 səh. (ərəb əlifbası ilə)
31.Vətən ocağının istisi. Bakı: Gənclik, 1982, 181 səh.
32.Seçilmiş əsərləri (2 cilddə). I c. Bakı: Yazıçı, 1983, 425 səh.
33.Seçilmiş əsərləri (2 cilddə). II c. Bakı: Yazıçı, 1984, 448 səh.
34.Səməd Vurğun. Bakı: Gənclik, 1984, 377 səh.
35.Özümüzlə söhbət. Bakı: Azərnəşr, 1985, 264 səh.
36.Dərin qatlara işıq (məqalələr). Bakı: Yazıçı, 1986, 318 səh.
37.Axı dünya fırlanır. Bakı: Yazıçı, 1987, 204 səh.
38.Gəlin açıq danışaq. Bakı: Azərnəşr, 1988, 210 səh.
39.Lirika. Bakı: Azərnəşr, 1990, 214 səh.
40.Ümidə heykəl qoyun. Bakı: Yazıçı, 1993, 124 səh.
41.Vətəndaş. Bakı: Gənclik, 1994,
42.Fəryad. Bakı: Azərbaycan, 1995,
43.Körpü çaydan uzaq düşüb. Bakı: Azərbaycan, 1996,
44.Bir ömür yuxu. Bakı: Azərbaycan, 1998,
45.İstiqlal. Bakı: Gənclik, 1999,
46.Ağıl başqa, ürək başqa. Bakı: Azərbaycan, 2000,
47.Ağ atlı oğlan. Bakı: Təhsil, 2002,
48.Əsərləri (I c.). Bakı: Azərbaycan, 2001, 544 səh.
49.Əsərləri (II c.). Bakı: Azərbaycan, 2002, 576 səh.
50.Əsərləri (III c.). Bakı: Azərbaycan, 2002,512 səh.
51.Əsərləri (IV c.). Bakı: Çaşıoğlu, 2002, 608 səh.
52.Əsərləri (V c.). Bakı: Çaşıoğlu, 2002, 504 səh
53.Ana hədiyəsi

Filmoqrafiya :
Akademik Yusif Məmmədəliyev (film, 2005)
Azərbaycan naminə (film, 2005)
Bakı bağları. Buzovna (film, 2007)
Bəxtiyar Vahabzadə (film, 1987)
Bəxtiyar Vahabzadə (film, 2003)
Bizim qəribə taleyimiz (film, 2005)
Böyük ömrün anları (film, 2006)
Dünya şöhrətli məzun (film, 2003)
Habil Kaman (film, 1984)
İstiqlal şairi (film, 1996)
Kamil (film, 1997)
Qəmbər Hüseynli (film, 2007)
Qisas (film, 1991)
Qızlar (film, 2007)
Liderlik missiyası. 1-ci hissə (film, 2008)
Maestro. Özüm və zaman haqqında. Bəstəkar Xəyyam Mirzəzadə (film, 2011)
Mətbuat fədaisi (film, 2007)
Mirzə Babayev (film, 2001)
Muğam (film, 1995)
Muğamat var olan yerdə... (film, 2009)
Toğrul Nərimanbəyov (film, 1966)
Zirvəyə doğru (film, 2007)

Tags