Daha iyi hizmet vermek için bu websitesinde çerezler kullanıyoruz.

İçeriği ve reklamları kişiselleştirmek, sosyal medya özellikleri sunmak ve trafiği analiz etmek için çerezler kullanıyoruz. Sitemizi kullanımınızla ilgili bilgileri ayrıca sosyal medya, reklamcılık ve analiz iş ortaklarımızla paylaşabiliriz. İş ortaklarımız, bu bilgileri kendilerine sağladığınız veya hizmetlerini kullanırken topladıkları diğer bilgilerle birleştirebilir.

Çerez nedir?

Çerezler, web-sitelerinin, kullanıcıların deneyimlerini daha verimli hale getirmek amacıyla kullandığı küçük metin dosyalarıdır. Yasalara göre, bu sitenin işletilmesi için kesinlikle gerekli olan çerezleri cihazınıza yerleştirebiliyoruz. Diğer çerez türleri için sizden izin almamız gerekiyor. Bu site farklı çerez türleri kullanmaktadır. Bazı çerezler, sayfalarımızda yer alan üçüncü şahıs hizmetleri tarafından yerleştirilir. İzniniz şu alanlar için geçerlidir: web.tv

145) Mənsum İbrahimov TRT HABER kanalında-Üçlük-2015

0 izlenme
Kategori Müzik
Eklenme Tarihi
DilAzerice
Açıklama
MƏNSUM İBRAHİMOV

Mənsum İbrahimov 1960-cı il oktyabrın 1-də Azərbaycan Respublikasının Ağdam rayonunun İmamqulubəyli kəndində anadan olub. 1982-1987-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun muğam şöbəsində, 1988-1993-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Mədəni Maarif" fakültəsində təhsil almışdır. 1985-ci ildə Üzeyir Hacıbəyovun anadan olmasının 100 illiyinə həsr olunmuş müsabiqədə I dərəcəli diploma layiq görülmüşdür. Şövkət Ələkbərovanın məsləhəti ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət olunmuşdur. 1993-cü ildən "Leyli və Məcnun" operasında Məcnun rolunu oynayır. Milli opera tamaşalarında ikinci dərəcəli rollarla səhnəyə qədəm qoysa da, hazırda əksər tamaşalarda aparıcı partiyaları ifa edir. "Leyli və Məcnun" operasında Məcnun, "Aşıq Qərib"də Qərib, "Gəlin qayası"nda Camal, "Sevil"də Azançı rollarını ifa etmişdir. Opera səhnəsindəki fəaliyyəti ilə bərabər həm də xalq və bəstəkar mahnıları, muğamların gözəl ifaçısıdır. Dövlət səviyyəli tədbirlərdə, yubileylərdə tez-tez çıxış edir. Azərbaycan muğam sənətini dünyanın yaxın və uzaq ölkələrində — İran, Türkiyə, İraq, Fransa, Belçika, Lüksemburq, Kipr, ABŞ və Kanadada ləyaqətlə təmsil edir. Bununla bərabər pedaqoji fəaliyyətlə məşğul olur. Azərbaycan Milli Konservatoriyası və konservatoriyanın nəzdində fəaliyyət göstərən Musiqi kollecinin müəllimi kimi gənc muğam ustalarının yetişməsinə böyük əmək sərf edir. Yetirmələri Azərbaycanda keçirilən muğam müsabiqələrində uğurla çıxış edirlər 1998-ci ildə Azərbaycanın əməkdar artisti, 2005-ci ildə isə xalq artisti fəxri adına layiq görülmüşdür. 2010-cu ildə Azərbaycan prezidentinin sərəncamına əsasən Şöhrət ordeni ilə təltif olunmuşdur. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə və 6 may 2016-cı ildə Prezident Mükafatına layiq görülmüşdür. Azərbaycan Milli Konservatoriyasının professorudur.

Filmoqrafiya :

1.Güllələnmiş heykəllər (film, 2002)
2.Biz qayıdacağıq (film, 2007)
3.Biz qayıdacağıq (veriliş, 2007) (II)
4.Muğam (veriliş, 2007)

Etiketler