scorecardresearch

144) Unudulmaz dost - Xanəndə Sədi Məmmədov

100 izlenme
KategoriMüzik
Eklenme Tarihi 1 yıl önce
DilAzerice
Açıklama
Əməkdar İncəsənət Xadimi, görkəmli rejissor Nazim Nadiroğlunun (Zeynalov) şəxsi videoarxivindəki materialları izləyərkən uşaqlıq dostum, əzizim, muğamlarımızın, təsniflərimizin, xalq və bəstəkar mahnılarımızın mahir ifaçısı Sədi Allahverdi oğlu Məmmədovun ifalarına rast gəldim. Rəhmətlik Sədinin çıxışı gözlərim önündə canlananda həyacanlandım, onunla bu görüşümüz məni çox təsirləndirdi. Bu qiymətli arxiv materialını hörmətli Nazim müəllimdən mənə bağışlamasını xahiş etdim. O da bağışladı. Sədi Məmmədov həm də mənim tələbə yoldaşım olmuşdu. Biz 7 illik musiqi məktəbini bitirəndən sonra Üzeyir Hacıbəyov adına Ağdam Orta İxtisas Musiqi Məktəbinə daxil olmuşduq (1968 - 1972 ). Yeri gəlmişkən, mən həmin məktəbi tar ixtisası üzrə bitirmişəm. Müəllimim rəhmətlik Məşədi Nəriman idi. Fərqli tələbəsi olduğumdan o, öz tarını mənə bağışlamışdı. Mən həmin tar ilə rəhmətlik Maestro Niyaziyə dövlət imtahanı vermişəm. "Orta Mahur" muğamını ifa edib həmin imtahandan üzü ağ çıxmışam. Sədinin rəhmətlik anası Tovuz xala institutda mənim rəhmətlik atam İrşad müəllimlə birlikdə təhsil almışdı. Biz hər iki insanın sayəsində daha da doğmalaşmışdıq. Musiqi məktəbimizdə dərsə daxil olmamış küncə-bucağa çəkilib ifa edəcəyimiz muğamı məşq edirdik. Sədini də bir neçə dəfə müşayət etmişəm.

PEŞƏKAR XANƏNDƏ, UŞAQLIQ DOSTUM RƏHMƏTLİK SƏDİ MƏMMƏDOVUN NAZİM NADİROĞLUNUN ŞƏXSİ ARXİVİNDƏN ƏLDƏ ETDİYİM İFASINI WEB.TV -DƏ İZLƏMƏYİ UNUTMAYIN !

Ağdamın “Şur” ansamblı nəinki Ağdam rayonunda, eləcə də respublikamızın digər bölgələrində, həmçinin keçmiş SSRİ məkanında konsert proqramları ilə çıxış etmiş, muğam, təsnif və xalq mahnılarımızın gözəl ifası ilə böyük rəğbət qazanmışdır. Muğam və xalq mahnılarımızın mahir ifaçıları Arif Babayev, Mənsum İbrahimov, Nəzakət Məmmədova, Aygün Bayramova, Cabir Abdullayev, Feyruz Səxavət, Sabir Abdullayev, Əbülfət Əliyev, Qədir Rüstəmov, Şahmalı Kürdoğlu, Hafiz Sədirzadə, Sədi Məmmədov, Səxavət Məmmədov və digər xanəndələr böyük səhnəyə “Şur” ansamblından gəlmişlər.

Ağdam şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən sonra 20 ilə yaxın bir müddətdə fəaliyyətsiz qalan “Şur” ansamblı son iki ildə öz fəaliyyətini yenidən bərpa etmişdir.
2012-11-16
----------------
www.irshadtv.com/index.shtml
www.irshadtv.com/tv15.shtml