scorecardresearch

140) A.İrşadoğlunun "Vətən Səyyar Briqadası" hospitalda -1993

27 izlenme
KategoriBelgesel
Eklenme Tarihi 1 yıl önce
DilAzerice
Açıklama
90-cı illərdə yaşanan ən neqativ hadisələrdən biri siyasi elitadakı parçalanma, xəyanət, xof və sairə idi. Bu, indi yoxdur. İkincisi, o zaman cəmiyyətdə çaşqınlıq yaradılırdı, elə diversiyalar törədilirdi ki, psixoloji cəhətdən pərakəndə şəkildə olan ordunun əhatəsində yaşayan insanlar o təbliğatlara uyurdular, əraziləri tərk edirdilər. Yəni, ermənilər kəndləri tankla-topla yox, informasiya zərbələri ilə boşaldırdılar. Üçüncü məsələ, indi Azərbaycanın siyasi elitası, xalqı və ordusu arasındakı birlikdir. Ancaq o dövrdə ayrı-ayrı partiyaların çevrəsində silahlı dəstələr var idi və şəhidlər də partiya mənsubiyyətinə görə bölünürdü. İndi isə iqtidarlı, müxalifətli hər kəs ordunu öz ordusu hesab edir. Azərbaycan Silahlı Qüvvələri bu xalqın ordusudur. Bu baxımdan, indi Azərbaycanın ziyanına kiçik bir hadisə belə, baş vermir. O dövrdə Rusiyanın siyasi elitası bizim əleyhimizə idi və ermənilərin yanında idilər. İndi isə əksinə, Rusiya rəhbərliyi kifayət qədər öz neytral mövqeyini qoruyub saxlayır. 90-cı illərdə Azərbaycanda yaşanan hadisələr indi sanki Ermənistana keçib.

Bu gün müharibə təkcə səngərdə getmir, informasiya məkanında da gedir. Vətəni sevən heç kəs bu prosesdən kənarda qalmamalıdır və informasiya müharibəsində ölkəsinə dəstək olmalıdır. Biz qarşı tərəfdə pessimizm və məğlubiyyət əhval-ruhiyyəsi görürük. Azərbaycanda isə media da, siyasi təşkilatlar da hökumət əleyhinə çıxışlarını dayandırıblar. Artıq qələbə ruhuna köklənmişik. Azərbaycan əsgəri bizim üçün yeni bir səhifə açır. Buna adekvat olaraq, hərbçilərimizin qazandığı uğurları vətəndaşlarımız və siyasətçilərimiz də müdafiə etməyi bacarmalıdır.

İnformativ olaraq beynəlxalq məkanda da ermənilər yalnız ayrı-ayrı xarici təşkilatları ittiham etməkdədirlər. ATƏT-i, BMT-ni tənqid edirlər. Çünki, həmin təşkilatlar bu günlərdə neytral bəyanatlar verib. Bu, o deməkdir ki, ermənilər informativ məkanda Azərbaycanın mövqeyi üzərinə hücumlar təşkil edə bilmirlər. Son olaraq, onu deyim ki, 90-cı illərin məğlub atalarımızı qınamaqdansa, özümüzün qalib oğula çevrilməyimiz daha yaxşıdır.