scorecardresearch

115) Yoga çeviklik deməkdir...

4 izlenme
KategoriSpor
Eklenme Tarihi 1 yıl önce
DilAzerice
Açıklama
Müasir həyatı stresssiz təsəvvür etmək mümkün deyil. Stresslə mübarizə çətin olduğu üçün bu gün sakitləşdirici və antidepressantlar qəbul edənlərə daha tez-tez rast gəlmək olur. Lakin dərman preparatlarının uzun müddət qəbulu əks təsir göstərə bilər. Həm də heç kim dərmanlardan asılı şəkildə yaşamaq istəməz. Bu səbəbdən də mütəxəssislər yoqa ilə məşğul olaraq psixoloji rahatlanmağı təklif edirlər.

Yoqa təlimi bugünkü elmə təsir etmiş ən güclü mistik cərəyanlardan biridir. Müasir dövrdə alimlər mistikanı, fövqəltəbii qabiliyyətləri analiz etmək üçün ən çox hind yoqları üzərində təcrübə, müşahidə aparırlar. Yoqa demək olar ki, fövqəltəbii qüvvələrin sirrini bugünkü günə qədər yaşadan yeganə mistik təriqətdir.