scorecardresearch
We use cookies in this website to serve you better.

We use cookies to personalize content and ads, provide social media features, and analyze traffic. We may also share information about your usage of our site with our social media, advertising, and analytics business partners. Our business partners may match this information with other information that you provide to them or that they collect while using their services.

What is the cookie?

Cookies are small text files that web-sites use to make their experience more efficient. According to the GDPR, we can place the cookie absolutely necessary for the operation of this site.If you have an account and do not want to these cookies you should delete account after login. For other types of cookies we need to get permission from you. This site uses different types of cookies. Some cookies are placed by third party services on our pages like google analytics. You should change your cookie settings in their privacy pages because of we can not interfere to those cookies. Your permit is valid for the following areas: web.tv

105)Azərbaycan Ordusu Naxçıvanda döyüş atışlı gecə taktiki təlimi keçirib-2015

19 views
Category Documentary
Date Added3 year(s) ago
LanguageAzerice [Azerbaijani]
Description
Dövlət başçısı İlham Əliyev qeyd edib ki, Ermənistan işğalçı dövlətdir, Azərbaycan xalqına qarşı soyqırımı törədib, torpaqlarımızı işğal edib və bu işğalı davam etdirir: "Bu məsələ ilə məşğul olan Minsk qrupunun həmsədrləri də son vaxtlar dəfələrlə bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir və dəyişməlidir. Bu, nə deməkdir? O deməkdir ki, işğala son qoyulmalıdır. Bu, birbaşa Ermənistana ünvanlanan siqnaldır. Buna görə və eyni zamanda, görəndə ki, Azərbaycan dünya miqyasında daha da çox dəstək qazanır, onlar danışıqları pozmaq və işğalçı siyasəti davam etdirmək üçün vaxtaşırı silahlı təxribatlara əl atırlar. Biz bunu yaxın keçmişdə görmüşük. Xüsusilə 2014-cü ildə yay aylarında bizim mövqelərimizə hücum çəkmişlər. O vaxt da bizim Ordumuz layiqli cavab verdi. Həmin ilin noyabrında danışıqlarda müəyyən ümidlər yaranandan sonra Ağdam rayonunda onların özlərinin verdiyi məlumata görə, 47 min nəfərlik şəxsi heyətlə genişmiqyaslı təlimlər keçirmişlər. Bu, sırf təxribat xarakterli bir addım idi. Azərbaycan tərəfi bir neçə gün özünü çox təmkinlə apardı. Ancaq ondan sonra Ermənistanın iki hərbi helikopteri bizim mövqelərimizə hücum çəkdi. Azərbaycan Ordusu da onların birini məhv etdi. Bundan istifadə edən Ermənistan bizi günahlandırdı və danışıqlar prosesində yenə də durğunluq yarandı. Bu hadisəni bəhanə gətirərək bizi ittiham etməyə başladılar ki, Azərbaycan atəşkəsi pozur. Məqsəd də aydın idi ki, yenə də danışıqlar aparılmasın, işğalçı siyasət yenə də davam etdirilsin".
Tags