scorecardresearch

77) Qadınlar arxa və ayaq idamanına üstünlük verirlər-3

475 izlenme
KategoriKadın
Eklenme Tarihi 1 yıl önce
DilAzerice
Açıklama
Nə üçün qadın idman etməlidir? Bəs qadınlar lazımi qədər idman edirlərmi? Əlbəttə, qadın kişi ilə “özünü fiziki cəhətdən bərabər tutmamaq” üçün idman etmək istəmir. Qadınlar nə qədər cəhd etsə də, kişilər həmişə qadınlara nisbətən 10-15 % daha güclü olacaq. Bu nəticə ABŞ ordusunun hesablamalarına əsasən müəyyən olunmuşdur. Eyni təhsilli kişilərin və qadınların fiziki inkişaf test nəticələri kişilərin ayaqlarının 54%, yuxari ətraflarının 72% və nəfəs sisteminin 28% daha güclü olduğunu ortaya qoydu.
Qadınlar əsasən sağlamlıqlarını qorumaq və bədənlərini formada saxlamaq naminə idman edir. İdman qadınları nəinki fiziki, eləcə də mənəvi gücləndirir. İdman həm qadına, həm də kişiyə məmnuniyyət və sevinc gətirmək qabiliyyətinə malikdir.
Eyni zamanda qadınlar üçün idman şöhrətə aparan yoldur. Bir qadının orqanizmi kişilərdən daha tez idman üçün adaptasiya edir. Qadının bədən çəkisi kişilərdən daha az, bədən yağı isə kişilərdən daha çoxdur . Məsələn, 25 yaşlı kişinin orqanizmində orta hesabla 15% yağ, 25 yaşlı qadının orqanizmində isə orta hesabla 27% yağ olur. Qadınların özlərini daha yaxşı formada saxlaması üçün üzgüçülük ən ideal idman növü hesab olunur. Həm qadınların orqanizmi fiziki baxımdan bu idman növünə daha tez və asan uyğunlaşır, həm də üzgüçülük bədən yağının miqdarını azaltmaq və onu tənzimləmək üçün daha effektivdir.
Üzgüçülük zamanı hətta ən kiçik əzələlər belə çalışır. Bundan başqa hidrofor su masajı da orqanizmə müsbət təsir edərək qan dövranının və sinir sisteminin fəaliyyətini tənzimləyir. Həmçinin üzgüçülük tənəffüs sisteminin inkişafına da faydalıdır. Müxtəlif üzmə üslublarından istifadə bədəni formada saxlayır. Üzmək üçün ən ideal su temperaturu 19°C-dir.
Üzgüçülüklə aerobikanı birləşdirib eyni anda həyata keçirmək mümkündür. Bu idman aquaaerobic – yəni, su aerobikası adlanır. Su aerobikası oynaqların və əzələlərin inkişafına şərait yaradır, onların zədələnməsinə və yaralanmasına imkan vermir. Bu idman növü kalori yandırmağa da kömək edir. Son zamanlar su aerobikasına olan maraq və tələbat artdığından aerobik təlimlərin sayı da artmışdır.
İstəklərinizə və orqanizminizə uyğun olaraq aerobikanın və ya fitnessin müxtəlif növlərindən istifadə edərək həm sağlamlığınızı qoruya, həm də bədəninizi formada saxlaya bilərsiniz.
Aerobika hərəkətləri ilə yanaşı, simulyatorlar üzərində təcrübə apara bilərsiniz. Bu, sizin əzələlərinizi gücləndirməyə kömək edəcək və bəzi həyati vacib məşqləri etdirəcək. Belə məşqlərə ürək və dözüm məşqləri, həmçinin artıq piy və yağların yandırılması aiddir.
İdman növləri müasir qadınlar üçün sağlamlıq və forumda qalmaqla yanaşı, həm də istirahət və stressdən azad olmaq imkanıdır. Kanalımızın bütün qadın istifadəçilərinə intensiv və effektiv şəkildə idmanla məşğul olmağı məsləhət görürük. Özünüzə uyğun olan, sizi bezdirməyən və sizin üçün maraqlı olan idman növlərinə üstünlük verin. Bu seçim sizin. İdmanla məşğul olaraq özünüzü daha sağlam, forumlu və güclü hiss edin. Uğurlarınızı bizimlə paylaşmağı unutmayın, əziz xanımlarımız!

N.Xəlilzadə