scorecardresearch

53) Türkiyə Ordusu

10 izlenme
KategoriBelgesel
Eklenme Tarihi 1 yıl önce
DilAzerice
Açıklama
Bir zamanlar hakimiyyətlə qarşıdurmada mövqeyi zəifləyən ordunun son illərdə prezident Rəcəb Tayyib Ərdoğanın siyasi rəqibləri sıradan çıxdıqdan sonra yenidən nüfuzunun artdığı ifadə olunur. 1960-cı ildən bu yana Türkiyədə 4 çevriliş həyata keçirən və uzun müddət ölkə həyatında böyük təsiri olan ordu AKP hakimiyyətinin ilk illərində siyasi hakimiyyətlə qarşıdurmada zəifləsə də, indi yenidən mövqelərini gücləndirir.
siyasi hakimiyyətlə yaxın göründüyü qədər də məsafəli davranan Türkiyə ordusunun baş qərargahı hökumətin Suriyaya ordu göndərilməsinə qarşı çıxır, eyni zamanda hökumətin kəskin münasibətlərinin olduğu Qərb ölkələri ilə çox yaxşı münasibətləri qoruyub saxlayır. Eyni zamanda daxili siyasətdən uzaq dayanaraq milli təhlükəsizlik mövzularında əsas oyunçu kimi çıxış edir.
Türkiyə ordusunun hazırkı komandanı baş qərargah rəisi, NATO-da bir sıra mühüm portlarda çalışmış Hulusi Akar ordunun nüfuzunun bərpasında önəmli rolu olan şəxs sayılır.