scorecardresearch

151)Cabir Novruz-Daha dəhşət-özü ifa edir

25 izlenme
Kategori Belgesel
Eklenme Tarihi 1 yıl önce
Dil
Açıklama
Cabir Novruz

Cabir Novruz — Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın xalq şairi, Azərbaycan SSR əməkdar incəsənət xadimi (30.07.1979).

Cabir Novruz 1933-cü il mart ayının 12-də Xızı rayonunun Upa kəndində anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunda təhsil almış və 1952-ci ildə Azərbaycan Dövlət Universiteti-nin jurnalistika fakültəsinə daxil olmuşdur. Bir il sonra Azərbaycan Yazıçılar İttifaqının tövsiyəsi ilə təhsilini davam etdirmək üçün Moskvaya, Maksim Qorki adına Ədəbiyyat İnstitutuna göndərilmiş və 1957-ci ildə oranı bitirmişdir.[3]

1958-ci ildə "Bakı" axşam qəzetinin ədəbiyyat şöbəsində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayan Cabir Novruz 1967-1970-ci illərdə "Azərbaycan" ədəbi-bədii jurnalının, 1991-1993-cü illərdə isə "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır. O, 1970-1997-ci illərdə Azərbaycan Yazıçılar İttifaqıİdarə Heyətinin katibi olmuşdur.

Yaradıcılığı :

Cabir Novruzun poeziyası XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Onun əsərlərində Milli irsimizin zəngin ənənələri müasir ədəbi cərəyanların tələbləri ilə üzvi şəkildə birləşir. Ədəbiyyat aləminə gəldiyi ilk illərdən şair yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şerləri ilə oxucuların dərin məhəbbətini qazanmışdır. Onun qələmindən çıxan lirik poeziya nümunələri və epik lövhəli əsərlər bədii səviyyəsi, mövzu rəngarəngliyi ilə seçilir. Şairin yüksək mənəviyyata səsləyən yaradıcılığı və vətəndaş ruhunun hakim olduğu olduğu poeziyası öz dilinin bədii gözəlliyi və rəvanlığı ilə səciyyələnir. Onun sözlərinə bəstələnmiş çoxsaylı mahnılar musiqisevərlər tərəfindən həmişə böyük rəğbət və sevinclə qarşılanmışdır.

Cabir Novruz yaradıcılığı vətənpərvərlik və mübarizlik ruhunun aşılanmasına mühüm xidmətlər göstərmişdir. Vəğənin taleyi üçün narahatlıq hissinin xas olduğu Cabir Novruz poeziyasının başlıca mövzuları azərbaycançalıq ideyaları ilə sıx bağlı olmuşdur. Şairin poetik təfəkkürü onun lirikasının tarixiliyini qüvvətləndirmiş və bu poeziyanı daha həyati etmişdir.

Şairin əsərləri dünyanın müxtəlif xalqlarının dillərinə tərcümə edilərək nəşr olunmuşdur. Onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyasının bir sıra qiymətli nümunələri ilə tanış olmaq imkanı qazanmışdır.

Cabir Novruzun ictimai fəaliyyəti də zəngin olmuşdur. O, həyatının bütün mərhələlərində ölkəmizdə gedən ictimai-siyasi proseslərin həmişə fəal iştirakçısı olmuş, xalqımızın həyatında baş verən təleyüklü hadisələrə düzgün qiymət verməsində əsl vətəndaşlıq mövqeyi nümayiş etdirmişdir.

Şairin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, "Əməkdar incəsənət xadimi", xalq şairi fəxri adlarına, dövlət mükafatına, orden və medallara layiq görülmüşdür. Cabir Novruz 1995-ci ildə Azərbaycan Milli Məclisinin deputatı seçilmişdir.

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdçüsü, xalq şairi Cabir Mirzəbəy oğlu Novruzov (Cabir Novruz) 2002-ci il dekabrın 12-də ömrünün 70-ci ilində vəfat etmişdir.

Şeirləri Xəzər Universiteti Nəşriyyatı tərəfindən çap olunan Azərbaycan Sevgi Poeziyası toplusunun İkinci kitabına (Bakı, 2009) daxil edilmişdir (Tərtibçi: Hamlet İsaxanlı).

Şeirlərinə yazılmış mahnılar
Video :
Şövkət Ələkbərova - Məhəbbət - musiqi: Oqtay Kazımi
Yalçın Rzazadə - Bakının qızları - musiqi: Oqtay Kazımi
Yalçın Rzazadə - Mənim duyğularım - musiqi: Oqtay Kazımi
Zeynəb Xanlarova - Cavanlığım - musiqi: Oqtay Kazımi
Zeynəb Xanlarova - Bulaq suyu, dağ havası - musiqi: Oqtay Kazımi
Yalçın Rzazadə - Dünya düzələn deyil - musiqi: İqbal Ağayev
Yalçın Rzazadə - Böyüməyə tələsmə - musiqi: İqbal Ağayev
Manana Caparidze - Bu nə cür məhəbbətdir - musiqi: Eldar Mansurov
Aygün Kazımova - Səsim səsinə öyrəşib - musiqi: Eldar Mansurov
Mübariz Tağıyev - Ömür keçir - musiqi: Eldar Mansurov
Ruhəngiz Abdullayeva - Məhəbbət ölməyəcək - musiqi: Eldar Mansurov

Audio :
Ağadadaş Ağayev - Gəlin gələndə - musiqi: Oqtay Kazımi
Mübariz Tağıyev - Sən oldun - musiqi: Eldar Mansurov
Brilliant Dadaşova - Gecikmiş məhəbbət - musiqi: Eldar Mansurov
İlqar Muradov - Sən oldun - musiqi: Eldar Mansurov
Heydər Anatollu - Tənhalıq - musiqi: Eldar Mansurov
Abbas Əhməd - Təki sənin səsin gəlsin - musiqi: Eldar Mansurov
Səbinə Cabbarzadə - Məhəbbət - musiqi: Eldar Mansurov
Etiketler