147) Kapital Bankla arzularına qovuş
Azərbaycanda ilk kassası 1874-cü ildə yaradılan Əmanət Bankının hüquqi varisidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2000-ci il tarixli 40 "s" nömrəli sərəncamı ilə üç dövlət səhmdar-kommersiya bankının - Aqrar-Sənaye, Sənaye-İnvestisiya və Əmanət Bankının sağlam aktiv və öhdəliklərinin birləşdirilməsi nəticəsində Birləşmiş Universal Səhmdar Bankı (BUSBank) yaradılmışdır. 29 dekabr 2004-cü il tarixində Bank səhmdarlarının növbədənkənar iclasında BUSBank adının dəyişdirilməsi və Banka "Kapital Bank" adının verilməsi qərara alınmışdır. Hazırda “Kapital Bank” ASC-nin səhmlərinin 99.84%-i "Paşa Holdinq"-ə aiddir. Bankın nizamnamə kapitalı 185 mln. AZN-dir. 90 filialı və 2 şöbəsi ilə Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur. 2 milyondan çox aktiv ödəniş kartlarının sayı ilə də Bank Azərbaycanda liderdir. Universal bank olan Kapital Bank həm fiziki, həm də korporativ müştərilərə xidmət göstərir. Bank tərəfindən 2 milyondan çox fiziki və 22 mindən çox korporativ müştəriyə xidmət göstərilir. Eyni zamanda, Kapital Bank dövlətin həyata keçirdiyi bir sıra sosial proqramlarda da yaxından iştirak edir. 2012-ci ildə Kapital Banka beynəlxalq reytinq agentlikləri Fitch Ratings və Moody’s tərəfindən reytinqlar verilmişdir. Fitch agentliyi Kapital Banka uzunmüddətli "B+" reytinqini vermiş, Bankın reytinq proqnozunu "stabil" kimi müəyyənləşdirmişdir. Qısamüddətli reytinq "B", dəstək reytinqi "4" səviyyəsində olmuşdur. Moody’s İnvestors Service isə Kapital Bankın xarici valyutada olan depozitlərinin uzunmüddətli reytinqini "Ba3", maliyyə dəstəyi reytinqini "E+" səviyyəsində təyin etmişdir. Bütün reytinqlərə "stabil" proqnozu verilmişdir. «Kapital Bank» ASC-nin Müşahidə Şurasının 10.06.2013-cü il tarixli qərarına əsasən Rövşən Şamil oğlu Allahverdiyev "Kapital Bank" ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir.