scorecardresearch
Daha iyi hizmet vermek için bu websitesinde çerezler kullanıyoruz.

İçeriği ve reklamları kişiselleştirmek, sosyal medya özellikleri sunmak ve trafiği analiz etmek için çerezler kullanıyoruz. Sitemizi kullanımınızla ilgili bilgileri ayrıca sosyal medya, reklamcılık ve analiz iş ortaklarımızla paylaşabiliriz. İş ortaklarımız, bu bilgileri kendilerine sağladığınız veya hizmetlerini kullanırken topladıkları diğer bilgilerle birleştirebilir.

Çerez nedir?

Çerezler, web-sitelerinin, kullanıcıların deneyimlerini daha verimli hale getirmek amacıyla kullandığı küçük metin dosyalarıdır. Yasalara göre, bu sitenin işletilmesi için kesinlikle gerekli olan çerezleri cihazınıza yerleştirebiliyoruz. Diğer çerez türleri için sizden izin almamız gerekiyor. Bu site farklı çerez türleri kullanmaktadır. Bazı çerezler, sayfalarımızda yer alan üçüncü şahıs hizmetleri tarafından yerleştirilir. İzniniz şu alanlar için geçerlidir: web.tv

141) Milli Qəhrəman Asif Məhərrəmov (Fred Asif)-1994

35 izlenme
Kategori Belgesel
Eklenme Tarihi 2 yıl önce
DilAzerice
Açıklama
Qəhrəmanlar unudulmur

Azərbaycanın Milli Qəhrəmanı Asif Yusif oğlu Məhərrəmov (Fred Asif) 1952-ci il iyulun 26-da Ağdam şəhərində anadan olub. O, 1988-ci ildən başlayaraq Ağdamın Abdal-Gülablı, Xıdırlı, Əmirallar, Sırxavənd, Bağbanlar, Əhmədavar kəndlərində düşmənə qarşı müdafiə dəstələri yaradıb, 1990-cı ildə Ağdam özünümüdafiə dəstəsi yaradıb, Xramort, Aranzəmin, Pircamal, Dəhraz, Naxçıvanik və digər kəndlərin müdafiəsində cəsur komandir kimi rəşadətlə vuruşub, 1992-ci ilin martında Füzuli şəhərinin müdafiəsinə köməyə gedib, düşmənə ağır zərbə vurub. Polkovnik-leytenant Asif Məhərrəmov 1994-cü il iyulun 1-də, ad gününə 25 gün qalmış müharibədə aldığı yaralar nəticəsində dünyasını dəyişib. Bakı şəhərində 2-ci Fəxri Xiyabanda dəfn edilib. Bakının 3-cü mikrorayon dairəsi yaxınlığındakı küçələrindən biri onun adını daşıyır.
Bu dəfə əfsanəvi qəhrəmanlarımızdan daha birisi haqqında danışacağıq. Fred Asif kimi tanıdığımız, dəyər verdiyimiz, örnək göstərdiyimiz Milli Qəhrəman Asif Məhərrəmovdan.
Fred Asifin anası xəstə yatağındaydı, deyə, onu çox incitmək istəmədik. Ancaq hər kəsə öz balası kimi baxan bu şəhid anası bizimlə danışmağa məmnuniyyətlə razı oldu. Oğul dərdinin ağırlığını illərdir çiynində daşıyan Məhliqa Məhərrəmova 1934-cü il təvəllüdlüdür. Bu ağbirçək ana təkcə Ağdamın müdafiəsi üçün oğul göndərməyib, özü də könüllülərimizə arxa-dayaq olmağa çalışıb. Deyir heç olmayanda 100-200 peraşki bişirib göndərirmiş ki, əsgər balaları ac qalmasın. Onun dediklərindən:
- Mən özüm də Qarabağda, arxa cəbhədə əsgərlərimizə kömək etmişəm. Oğlanlarımı gizlətməmişəm, hamısını qabağa vermişəm ki, gedib vətəni qorusunlar. Demişəm bala, sən getməsən, mən getməsəm bəs, kim gedəcək? Asif deyirdi bu torpağa mənim canım qurbandır. O biri oğlum Səxavət Moskvada alver eləyirdi, əsgərlərə tez-tez yardım göndərirdi. Ancaq Asif ona zəng elədi ki, orda niyə oturmusan, gəl, vətən əldən gedir. O da iş-gücünü atıb Ağdama gəldi, cəbhəyə getdi".
Məhliqa ana torpaq uğrunda savaşa 4 oğul göndərib. Asif və Səxavətlə yanaşı Mahir və Ədalət qızğın döyüşlərin iştirakçıları olub. Onlar indiyədək Qarabağ savaşının nişanələrini gəzdirirlər. “Balalarım yarımcan oldular, hər üçü Qarabağ əlilidir” deyir bu dərdli ana. Bu ailənin itkiləri isə daha çoxdur. Fred Asifin yaxın qohumu Rafiq Abdal-Gülablıdan şəhidlərimizin meyitlərini çıxartmağa gedib və orda özü də həlak olub.
Fred Asif itkisi ilə bərabər Məhliqa ananı yandıran, göyüm-göyüm göynədən Ağdam itkisidir. Ən böyük arzusu Ağdamın azadlığını görməkdir: “Asif demişdi torpaqdan ötrü canımı qoyacağam. Dediyini də elədi. Allah məni Ağdam torpağına qismət eləsin. Rəmişə də, Arif Babayevə də demişəm ki, bir dənə Allah prezidentimizə cansağlığı versin, Ağdamı mənə qaytarsın, həmin gün oynaya-oynaya Ağdama qayıdaram. Asifin vəsiyyəti bu idi ki, Ağdam alınanda gəlib mənə xəbər verərsiniz.
Mən burda yaşaya bilmirəm, buranı istəmirəm. Mən balamın, Asifin ruhu dolaşan Ağdamı istəyirəm..."
Etiketler