Daha iyi hizmet vermek için bu websitesinde çerezler kullanıyoruz.

İçeriği ve reklamları kişiselleştirmek, sosyal medya özellikleri sunmak ve trafiği analiz etmek için çerezler kullanıyoruz. Sitemizi kullanımınızla ilgili bilgileri ayrıca sosyal medya, reklamcılık ve analiz iş ortaklarımızla paylaşabiliriz. İş ortaklarımız, bu bilgileri kendilerine sağladığınız veya hizmetlerini kullanırken topladıkları diğer bilgilerle birleştirebilir.

Çerez nedir?

Çerezler, web-sitelerinin, kullanıcıların deneyimlerini daha verimli hale getirmek amacıyla kullandığı küçük metin dosyalarıdır. Yasalara göre, bu sitenin işletilmesi için kesinlikle gerekli olan çerezleri cihazınıza yerleştirebiliyoruz. Diğer çerez türleri için sizden izin almamız gerekiyor. Bu site farklı çerez türleri kullanmaktadır. Bazı çerezler, sayfalarımızda yer alan üçüncü şahıs hizmetleri tarafından yerleştirilir. İzniniz şu alanlar için geçerlidir: web.tv

132)Uşaqların sevdiyi REKLAMlar-Qarışıq-2016

588 izlenme
Kategori Reklamlar
Eklenme Tarihi
DilAzerice
Açıklama
Uşaqlar niyə reklamı sevirlər?

Media insanların zehni və əqli inkişafında mühüm qol oynayan amillərdəndir. Əsasən televiziya bu amillərin başında durur. Hər gün evimizdən hava məlumatından tutmuş cizgi filmlərinə qədər müxtəlif TV proqramlarının səsi eşidilir. Reklamlar TV proqramları kateqoriyasına daxil olmasa da, indi istər yerli, istər xarici telekanalların efirində uzun müddətli reklamlar bir növ proqram halında təqdim edilir. Hətta, bu haqda yarızarafat, yarıciddi belə deyirlər - televiziyalar reklamların arasında hərdən veriliş də verirlər...

Reklamlar uşaq psixologiyasına necə təsir edir?

Böyüklər sevimli proqramlarını izləyərkən araya “pərçimlənən” və 20-30 dəqiqəyədək davam edən reklam fasiləsi zamanı ya kanalı dəyişir, ya da bu arada hər hansı bir işlə məşğul olurlar. Amma bu reklamların da davamlı izləyiciləri var. Onlar 2-8 yaş qrupunda olan uşaqlardır.

Araşdırmalar göstərir ki, reklamlar uşaqların həm psixoloji, həm də fiziki inkişafına ciddi şəkildə mənfi təsir edir. Səkkiz yaşa qədər olan uşaqlar adətən reklam seyr etməyi sevirlər. Bu yaşda uşaqlar reklamın yaxşı və ya pis məqsədlə çəkildiyini ayırd etmək gücünə malik olmadıqları üçün təsirinə tez düşürlər. Azyaşlılar reklamların şişirtmə, fərqli təqdim etmə və aldatma bacarığını qavramadıqları üçün göstərilən kadrlara aludə olurlar.

Bütün uşaqlar bir qayda olaraq bircə dəfə izlədiyi reklamın məzmununu yadında saxlaya bilirlər. Küçədə, mağazada o məhsula rast gələndə ilk baxışdan tanıyırlar.

Psixoloq Ülkər Nadirova deyir ki, efirdə daim təkrarlanan reklamlar uşağın məhsulla əlaqədar istəyini artırıb getdikcə güclənməsinə səbəb olur. Uşaq həmin məhsulu qiymətindən və vacibliyindən asılı olmayaraq israrla tələb edir.

Reklamlar uşaqların piylənmə xəstəliyinə tutulmasına səbəb olur

Bu gün dünyada 117 milyon uşaq şişmanlıqdan və ifrat piylənmədən əziyyət çəkir. Səbəbini bilirsinizmi? Uşaqların süni qidalarla qidalanması bu xəstəliyin başlıca səbəblərindən biridir. Ağıllı və savadlı valideynlər uşağı mümkün qədər təbii qidalandırmağa çalışsalar da, hər gün efirdə gördükləri süni qida reklamları uşaqları cəlb edir.

Bir çox uşaq məhz reklamda təklif edilən qidalarla qidalanmaq istəyir, bu da onların orqanizmində problem yaradır. Çünki reklamlarda adətən süni qidalar təklif edilir ki, bu qidaları həkimlər orqanizm üçün zərərli hesab edirlər. Fast-Food - hamburger, çipsi, sendviç, çizburger, dönər kimi süni qidalar, bir çox kimyəvi içkilər uşaqlar üçün əsas qida vasitəsinə çevrilir.

Psixoloqlar bildirirlər ki, uşaqların reklamda gördüklərini tələb etməmələri və reklamın yalançı təsiri altına düşməmələri üçün onlara reklamın göstərilmə səbəbini və məqsədini anlatmaq lazımdır. 8 yaşadək olan uşağın televiziya reklamlarında gördüyü hər hansı bir mövzu ətrafında analiz etmək qabiliyyətini ona böyüklər öyrətməlidir. Onları başa salmaq üçün isə, efirdə reklam gedən anda ona münasibət bildirmək olar.

Məsələn, tutaq ki, hər hansı bir şokoladın reklamı verilir və övladınız reklama aludə olub orada səsləndirilən “onu yeyəndə uşaqlar güclənir” kimi sözləri təkrar-təkrar deyir. Siz isə övladınızın ifrat dərəcədə şokalad sevgisinin qarşısını almaq məcburiyyətindəsiniz. Bunun üçün “bu şokaladın səni gücləndirəcəyinə əmin ola bilmərik, sən onu yeyəndə üzündə qırmızı ləkələr də əmələ gələ bilər. Səhər yeməyində yediyin bal və pendir səni daha güclü edir, inanmırsan yoxlayaq”.

Uşağın bacara biləcəyi bir oyun təşkil edin, onun qalib gəlməsinə müvəffəq olun və ona sübut edin ki, səhər yediyi təbii pendir, meyvə və bal həqiqətən də ona güc verib.

Cizgi filmi qəhrəmanlarının reklamda oynadılması hansı təsirə malikdir?

Uşaqların oxşamaq istədiyi bir cizgi qəhrəmanı olan reklamlar uşaqları yalnış istiqamətləndirmək qabiliyyətinə malikdir. Bir çox reklamda qarşılaşdığınız yalan və şişirtmə məzmunlar, dürüst olmayan məlumatlar uşaq zehnində real həyatdan uzaq xəyal dünyası yaradır.

İllər öncə, televiziyada çalışdığım vaxtlarda iştirak etdiyim bir telerejissorluq kursunda treynerimiz, Rusiyanın ORT telekanalının baş rejissoru Rauf Mamedov bizə demişdi: “Televiziya kanallarında reklam olunan məhsulun tərifi belədir: Mən satılmıram, məni alın. Yəni, qısa desək, yaxşı məhsulun reklama ehtiyacı olmur”.

Bu gün valideynləri narahat edən əsas məsələlərdən biri də oyuncaqlar problemidir. Övladına diqqətlə oyuncaq seçən hər bir valideyn reklamlarda təklif edilən oyuncaqların bir çoxunun zərərli olduğunu bilir. Amma aramızda bu barədə məlumatı olmayan valideynlər də çoxdur. Belə valideynlər övladının reklamlarda gördüyü və israrla istədiyi oyuncağı alır, amma onun nə üçün reklam edildiyini, hansı məqsədlə uşaqlara ünvanlandığını bilmirlər.

Ən adi bir misal, bir çox uşağın çox sevdiyi “Callio” cizgi filmi. Çoxları onu “Kayu” kimi tanıyır. Cizgi filmində təbliğ edilən Amerika həyat tərzi, amerikan psixologiyası bir yana, biz film qəhrəmanının oyuncağını təbliğ edən reklamı barədə danışacağıq. Adi bir maket və üzərində iki qarış parçadan geyimi olan oyuncaq Kayunun reklamı hər gün saatlarla yayımlanır, hər gün yeni bir məhsulunu reklam edirlər.

Gah Kayu qələmi, gah Kayu gəmisi, gah Kayu yazı taxtası, gah Kayu balışı, gah Kayu lampası, gah da Kayunun qohumlarının və evinin maketi reklamda göstərilir. Qeyd edim ki, bu məhsulu alan valideynlər də kifayət qədərdir, övladının otağını “kayu guşəsi” edən valideynlər bu məhsulun uşağın psixologiyasında açdığı uçurumlar barədə xəbərsizdirlər.

Uşağın real həyatdan uzaqlaşması, Kayusuz həyat təsəvvür edə bilməməsi bu problemlərin başında durur. Burada cizgi filmi vasitəsilə böyük biznes maraqları aysberqin yalnız görünən tərəfidir. Görünməyən tərəflər isə, uşaqların təbliğ olunan düşüncə tərzinə, zövqə malik olması, təbliğ olunan qəhrəmanın həyat tərzini yaşaması, həyata, insanlara nun kimi münasibət bəsləməsi və sair. Bir sözlə, sizin uşağınızı başqaları “tərbiyə” edir, idarə edir, psixologiyasını formalaşdırır, beynini lazim olan informasiya ilə doldurur və... siz də bunların əvəzində həmin qlobal quldur dəstəsinə pul ödəyirsiniz...

Valideynlər reklam barədə nə bilirlər?

Bu yazımız üçün valideynlərə “övladınız reklama baxırmı və baxırsa, sizcə, səbəbi nədir?” deyə sual ünvanladıq. Aldığımız cavablar müxtəlif oldu, amma valideynlər reklamın tam olaraq nə üçün uşaqları cəlb etdiyini izah edə bilmədilər. Bu da aldığımız cavablar:

Elman Cəfərli: "Efirimizdə baxımlı reklamlar var və övladlarım baxırlar. Əsasən, dilimizə tərcümə olunmuş reklamları izləyirlər. Türkiyə televiziyalarındakı reklamlar daha baxımlıdır. Kiçik qızım daha çox yoğurt reklamına baxır. Türkiyə reklamları çoxməzmunludur, mətni cəlbedicidir, musiqisi zövqlüdür. Uşaqlar əksər reklamları da əzbərləyiblər. Bizimkilər diqqəti yalnız məhsulun, xidmətin adına, üstünlüklərinə yönəldir, reklama yaradıcı yanaşma yoxdur". Onun fikrincə, bəzi ifadələr tamaşaçı zövqünü korlayır və reklamı baxımsız edir.

Habil Yaşar: “Övladım reklama baxır, xüsusən də cizgi film qəhrəmanlarının çəkildiyi reklama çox baxır. Məncə, bunun səbəbi evdəki insanların təsirindən qaynaqlanır. Əgər ailə bütövlükdə maraqlı, ciddi şeylərə baxsa, uşaq da eyni şeylərə maraq göstərəcək.

Xəyal Nikbin: “Mənim 4 yaşlı oğlum da reklama çox baxır, hətta bir çox proqramların bütün sponsorlarını əzbərdən saya bilir. Məncə, bu maraq onun bütün gün boyunca ekran qarşısında oturmağından və cəlbedici reklamların çoxluğundan irəli gəlir”.

Ağa Cəfərli: “Övladlarım reklama həvəslə baxırlar. Amma doğrusu, bunun səbəbini müəyyənləşdirmək mənim üçün çətindir, ancaq belə güman edirəm ki, rənglilik, hərəkətlilik, səs-küy onları cəlb edir.

Sevinc Çılğın: “Qızımın reklamlara bir ara cox marağı vardı. Sonra bu barədə gərəkli yazılar oxudum, həkimlə də məsləhətləşdim, dedi ki, bütün uşaqlarda reklam marağı var. Məncə, 1 dəqiqəlik reklamlara rejissorlar daha çox kadr sığışdırırlar və bu cəldlik, dinamiklik və rəngarənglik də uşaqları cəlb edir. Çünki uşaq beyni də qısa informasiyalara daha cox meyllidir. Təsadüfi deyil ki, uşaq ədəbiyyatında da qısa cümlələr qurulur”.

Ulviyyə Vəliyeva: “Mənim övladımın reklama marağı yoxdur. Amma bir qohumum var, oğlan uşağıdır, uzaqdan reklam eşidən kimi qaçaraq televizorun qarşısına gəlir. Məncə, onu səs-küylü mahnı və çox çalarlı rənglər, çılğın hərəkətlər cəlb edir”.

Sonuncu respondentimiz fərqli yanaşması ilə seçildi. Bu da onun söylədikləri:

Samirə Hacıyeva: “Mən və həyat yoldaşım reklamlarım əsl mahiyyəti, altşüura təsiri, kadr və səs effektlərinin, 25-ci kadr məsələsinin, sürətli kadr dəyişmələrinin uşaq psixologiyasına zərər olduğunu bilirik. O üzdən də anadan olandan bəri öz uşaqlarımıza bircə saniyə belə, reklam izləməyə imkan verməmişik. Uşaq nəyin yaxşı, nəyin pis olduğunu yanız valideyndən və müəllimdən öyrənməlidir. Qalanları getsin öz işlərinin dalınca”.

Psixoloq: “Reklamlar böyüklərə pis təsir edir, o ki qaldı körpə olsun”

Psixoloq Ülkər Nadirova Milli.Az-a açıqlamasında bildirdi ki, bu məsələ çox valideynlərin marağını cəlb edir və narahatlıqlarını bildirirlər: “Uşaqların reklama baxmasının birinci səbəbi, reklamların qısamüddətli və ilk baxışda uşaq beynini yoran olmamasıdır. Azyaşlı uşaqlar, yəni 2-4 yaşlı uşaqlar uzun süjetli cizgi filmlərinə baxa bilmirlər, çünki onları analiz edib qavraya bilmirlər. Amma reklamlar qısa olduğundan onların diqqətini cəkir. İkinci bir məsələ, reklamların rəngarəng olmasıdır.

Bildiyimiz kimi, çağalıq dövründən başlayaraq uşaqların ilk reaksiya verdiyi şeylərdən biri də rənglərdir. Əsasən qırmızı, sarı, yaşıl rənglərə daha çox diqqət edirlər. Əgər fikir versəniz, reklamların əksəriyyətində bu rənglərin parlaq formasını görərsiniz. Şəxsi müşahidələrimə görə, müasir reklamlara və multfilmlərə baxan körpə uşaqlar tərbiyəvi üslubda çəkilmiş sovet cizgi filmlərinə baxmaq istəmirlər, amma indiki mənasız və qorxunc süjetli cizgi filmlərinə maraqla baxırlarbr /#305;sa desoutline-width: 0px; vertical-align: baseline; background-color: transparent; list-style-type: none; padding: 0px; margi/spann: 0px;. Çünkü SSRİ istehsalı olan cizgi filmlərində indiki rəngarənglik, sürətlilik yox idi, uşaqların beynini yoran effektlərdən istifadə edilmirdi, uşaqlar yaşlarına uyğun böyüyürdülər, amma indi istər reklamlar, istərsə də cizgi filmlərində o qədər rənglərdən istifadə edilir ki, uşaqlar ona aludə olurlar”.

Reklamlarda uşaqlara qumar təbliğ edilir!

İçindən hədiyyə çıxan, yumurta formasındakı şokoladları hamı tanıyır, adını yazmaq “reklam” olar deyə qeyd etmədik. Əslində, bu məhsula “şokolad içində oyuncaq” demək düzgün deyil, “oyuncağın yanında azacıq şokolad” kimi ifadə etsək, daha doğru olar. Çünki təxminən 1 manata təklif edilən bu məhsulun içindən bir neçə qram kauçukdan ibarət kiçik bir oyuncaq və dəftər vərəqi qalınlığında azacıq şokolad çıxır, amma uşaqlar bu məhsulu çox sevirlər. Səbəbi də reklamlarda təbliğidir. O qədər cəlbedici reklam hazırlanır ki, hətta böyük insanlar da maraq edir ki, onun içindəki “sürpriz” nədir...

Bir reklam da var, buna xüsusi diqqət çəkmək istəyirəm. Türkiyə telekanallarından birində izlədim və izlədiyim andan etibarən bu reklamın təbliğ etdiyi dəhşətli məsələ məni düşündürdü. Deməli, reklam belədir: üç uşaq bir masa ətrafında oturub. Filmlərdə görmüş olarsınız, qumar oynanan səhnələrdə masanın üzərində bir lampa asılır, yalnız masaya işıq düşür və kamera masa arxasında oturanların ətrafında fırlanır.

Reklam da eynilə belə idi, uşaqlar “sürprizli şokolad”ın içindən nə çıxacağını təxmin etməyə çalışırlar. Doğru cavabı tapan, şokolada və təbii ki, içindəki “sürpriz”ə sahib olmalıdır. Doğru cavabı bilməyən uşaqlar oyundan çıxırlar. Eynilə, qumarda uduzanların oyunu tərk etmələri kimi... qısası, reklamda şokolad yox, qumar təbliğ edilirdi.

Ümumiyyətlə, uşaq tərbiyəsi çətin məsələdir, bunu ancaq ağıllı, savadlı valideynlər bacara bilirlər. Bu çətin prosesi fırıldaqçı reklam menecerlərinin ümudinə buraxmaq olmaz. Əslndə, olar, amma bu halda sonrakı nəticəsi çox ağır olacaq...

Lalə Mehralı
Etiketler